Əlillər üçün liftlər

Əlillər üçün olan liftlər əllilərin rahat şəkildə hərəkəti üçün yaşayış, sənaye və ictimai binaların daxilində və xaricində quraşdırıla bilər. Bu növ qaldırıcı avadanlıqdan insanın təkərli əlil arabasında 4 metrdən yuxarıya qaldırmaq və endirmək lazım olduqda istifadə olunur. Əlillər üçün iki növ qaldırıcılar mövcuddur: konsol asqılı və şaxta liftləri. Onların əsas fərgi dayaq konstruksiyasıdır. Konsol asqılı liftdə bir və ya iki dirəkdən, şaxta qaldırıcısında isə müvafiq olaraq şaxtadan istifadə olunur. Şaxta liftləri yalnız şaquli hərəkət üçün istifadə olunur, konsol asqılı liftlər isə çəp istiqamətdə quraşdırıla və hərəkət edə bilər. Əlil insanın qaldırıcıya bərkidilən əlil arabasında hərəkəti üçün, həmçinin tırtıl və ya pilləkən tipli qaldırıcılardan da istifadə olunur. Stasionar qaldırıcıdan fərqli olaraq onlar çox yer tutmur və asanlıqla hərəkət edirlər.